axin.az

SON DƏQİQƏ

“Firəngizi sevməsəydi, onunla ağlamazdı” - Yaşar Nurinin həyat yoldaşı

23-11-2019, 19:24

“Firəngizi sevməsəydi, onunla ağlamazdı” - Yaşar Nurinin həyat yoldaşıBu gün mərhum Xalq artisti Yaşar Nurinin anım günü münasibətilə onun həyat yoldaşı Rəhimə Nuriyeva ASAN Radionun qonağı olub.

Axin.az xəbər verir ki, o, Kəmalə Mustafayeva ilə müsahibəsində sənətçi haqda maraqlı açıqlamalar verib:

“Biz sevgili olaraq ailə qurmamışıq, qohumluq əlaqələri vasitəsilə evlənmişik. Nişandan sonra məni gəzməyə aparırdı. Bir dəfə Bulvara getmək üçün bəzəndim, məni "Sovetski"də gözləyirdi. Görəndə dedi ki, get, əynini dəyiş. Səninlə belə heç yerə çıxa bilmərəm”.

R.Nuriyeva aktyorun kaprizlərindən söz açıb:

“Hər yerə geyimi ayrı olurdu. Köynəyində bir nöqtə olanda deyirdim ki, oyanıb, neyləyəcək? Xəbəri olmadan gedib təzəsini alıb, yerinə qoyurdum. İnsan ailə quranda məhəbbət lazım deyil. Qadın istəyirsə, ailəsi möhkəm olsun, dil tapıb, yola verməlidir”.



Sənətçinin həyat yoldaşı onun əşyalarını qoruyub saxladığını bildirib:

“Arxiv materiallarını, albomlarını, eynəklərini, kül qabısını, son siqaretinədək saxlamışam. Əl-ələ, göz-gözə bir həyat yaşamışıq. Albomda bir şəkli var, onu hər kəsdən gizlədirəm. Vəfat edən günü səhər saat 10-da çəkilib. Onu elə qoruyuram ki, hər dəfə o şəklə baxanda o dünyaya gedib-gəlirəm. Orada siması başqa cürdür. Elə baxırdı ki, mənə... Yalvarırdı ki, mənə nə olub?”.

R.Nuriyeva Y.Nurini heç vaxt qısqanmadığını söyləyib:

“Biz evlənəndə o mənə üç söz dedi. Bildirdi ki, onlara riayət etməliyəm: karam, koram, lalam. Yaradıcılıqda qısqanclıq olmaz. Firəngizlə tamaşasına (Firəngiz Mütəllimova – red.) saatlarla baxıram. Efirdə onun yaşadığı məhəbbəti qısqana bilmərəm. Firəngizi sevməsəydi, onunla ağlamazdı. "Sən yaxşı qızsan, Gülnar" deməzdi. O tamaşada Firəngizi sevib, sonradan sevgi başında qalıb, ya asta-asta keçib deyə bilmərəm. Hər saniyə onun üçün darıxıram. Elə bilirəm yanımdadır. Elə problemlərlə üzləşirəm ki, deyirəm Yaşar olsaydı, bu, belə olmazdı. Hər kəs onu çox sevirdi. Hara gedirdik, gözləmədiyimiz halda hədiyyə gəlirdi”.

Qeyd edək ki, Y.Nuri 22 noyabr 2012-ci ildə 61 yaşında vəfat edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA