axin.az

SON DƏQİQƏ

"Arvadım deyir ki, üçüncü dəfə evlən" - Əməkdar artist

27-06-2020, 10:50

"Arvadım deyir ki, üçüncü dəfə evlən" - Əməkdar artist
"Bir həyat yoldaşım var. Kəbinli, qanunlu Gülü xanımla ailəliyəm. 26 ildir evliyik. Birinci həyat yoldaşım oğlum Emilin anasıdır".
Axin.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Ona qalsa" proqramında deyib. Aktyor iki həyat yoldaşı olması xəbərlərinə münasibət bildirib:

"Nə qədər insan var boşanıb, evlənib. İki qadın saxlamaq mənlik deyil. O qədər deyirlər ki, Rəhman iki arvad saxlayır, dözürdüm. Yoldaşım da dözürdü. Saxlamıram, yoxdu elə şey. Yoldaşım deyir ki, bunların acığına get, üçüncü dəfə evlən. Kimin nə işinə qalıb. Söz-söhbətdir, yığışdırsınlar. Xətirlərinə dəymirdim, amma olmaz. verilişlər dostlarımdır, gəlirdilər çəkib yayımlayırdılar. Nə olsun ki, birinci həyat yoldaşım hazırki ilə görüşüb. İnsandılar, "salam-sağ ol" var. Amma biz boşanmışıq və bitib".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA