axin.az

SON DƏQİQƏ

İki həftəlik sərt karantin rejimi avqusta kimi uzadılır? - AÇIQLAMA

22-06-2020, 16:54

İki həftəlik sərt karantin rejimi avqusta kimi uzadılır? - AÇIQLAMAXəbər verdiyimiz kimi iyunun 21-də 491 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan olmuşdu. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu. Əgər yoluxma artma dinamikası ilə davam etsə 2 həftəlik sərt karantin rejimi avqustun 1-nə kimi uzadıla bilərmi?

Deputat Nəsib Məhəməliyev vətəndaşlarımızı təşvişə düşməməyə səsləyiblər: "Ancaq günü-gündən artan yeni yoluxma halları vəziyyətin xoşagələn olmadığına dəlalət edir. İki aylıq karantin rejimi yumşaldıldıqdan sonra insanlar heç nə olmamış kimi küçələrə axışdılar. Əhalinin kütləvi toplaşdığı əyləncə və ticarət mərkəzlərində, ictimai nəqliyyatda tibbi maskadan istifadə etmədən, sosial məsafə gözlənilmədən davrandılar. Bu gün də bir çox insana hələ çatmır ki, qətiyyən belə olmaz. Düşünürəm ki, televiziya və yazılı mətbuat vasitəsilə daha ciddi təbliğatın aparılmasına zərurət var. Əgər iki həftə ərzində kəskin azalma baş verməyəcəksə, karantin rejiminin uzadılması ilə yanaşı, daha da sərtləşdirilməsi gözləniləndir".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA