axin.az

SON DƏQİQƏ

"Quzanlıda heç olmasa 1 oyun keçirmək istərdim" - Mahir Emreli

17-05-2020, 22:25

"Quzanlıda heç olmasa 1 oyun keçirmək istərdim" - Mahir Emreli"Ağdama səfərimiz zamanı oradakı insanları görüb qəribə hisslər keçirdim. Həm sevinc, həm kədər var idi. Onları o vəziyyətdə görmək insanı düşündürür".

Bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli bir neçə gün öncə Ağdama səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

23 yaşlı hücumçu bildirib ki, yardım etdikləri insanların xalqımıza, onun dəstəyinə ehtiyacı var: "Hər birimiz bacardığımız qədər onlara dəstək olmalıyıq. Ən toxundurucu məqam Quzanlı stadionuna ayaq basmağım oldu. Orada heç vaxt olmamışdım. İlk dəfə idi. Bir anlıq təsəvvür etdim ki, orada oynayıram. İstərdim ki, Quzanlıda heç olmasa 1 oyun keçirim".

Emreli Ağdamda "Qarabağ" haqqında xeyli xoş söz eşitdiklərini söyləyib: "Bizi çox gözəl qarşıladılar və qayğımıza qaldılar. İcra başçısı daha çox Qurban Qurbanov və Əmrah Çəlikəllə söhbət etdi. Ona görə də nə danışdıqlarından xəbərim olmadı".

Qeyd edək ki, "Qarabağ" klubunun üzvləri mayın əvvəlində Ağdama yollanaraq 1 500 ailəyə ərzaq yardımı edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA