axin.az

SON DƏQİQƏ

Elmar Məmmədyarov: “Ermənistan regional sabitliyə və təhlükəsizliyə yeni təhdidlər yaradır”

12-05-2020, 17:49

Elmar Məmmədyarov: “Ermənistan regional sabitliyə və təhlükəsizliyə yeni təhdidlər yaradır”“Ermənistan rəhbərliyinin son açıqlamaları göstərir ki, işğalçı ölkə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesinin aktivləşdirilməsinə mane olmaq üçün əlindən gələni edir. Bununla da regional sabitliyə və təhlükəsizliyə yeni təhdidlər yaradır”.

Axin.az xəbər verir ki, Xarici İşlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında keçirilən iclasında belə bəyanatla çıxış edib.

Nazir qeyd edib ki, Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinə sadiqdir:

“Bununla yanaşı, danışıqlar əbədi davam edə bilməz. Həmçinin, danışıqlar güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etdirilməsinə və saxlanılmasına xidmət etməməlidir”.

O xatırladıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bütün vasitələrlə ərazi bütövlüyünü bərpa etmək hüququ var:

“Münaqişələr tezliklə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll edilməlidir. Eyni zamanda, münaqişələrin həlli bölgədə regional və beynəlxalq təhlükəsizliyin, sosial tərəqqinin, regionda iqtisadi əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA