axin.az

SON DƏQİQƏ

"O qədər ağrıyırdı ki, morfi vururdular" - Ebru ilk dəfə ölən oğlundan danışdı

11-05-2020, 23:20

"O qədər ağrıyırdı ki, morfi vururdular" - Ebru ilk dəfə ölən oğlundan danışdı
Model və pilates müəllimi Ebru Şallı 10 yaşlı övladını itirdikdən sonra ilk dəfə müsahibə verib.

Axin.az xarici KİV-ə istinadən müsahibənin qısaldılmış formasını təqdim edir:

- Ebru, övlad acısı yer üzündəki ən ağır dərtdir. Bu dərtlə necə mübarizə aparırsan?

- Mübarizə apara bilirəm ki... Belə bir şey mümkündürmü, onu da bilmirəm. Hər zaman güclü olmağa çalışdım. Amma bu başqa bir duyğudur. Heç bir acıya bənzəmir. Bitirdsən. Hələ acının əvvəlindəyəm. 22 gün oldu . Həyat olmadığını, nəfəs almadığını, mənə bir də "gözəl anam" deməyəcəyini qəbul edə bilmirəm. Hələ də Ponçiklə yaşayıram.



- Hələ də xəstəxanadadır deyə düşünürsən?

- Biz iki il bu xəstəliklə mübarizə apardıq. Son üç ayımız pis idi. Amma xəstəxana ərəfəsində gözəl günlərimiz də oldu. İndi də elə hiss edirəm ki, oradadır və gedib görəcəm. Amma Ponçik Zekeriyaköydə bir qəbiristanlıqdadır. Torpağın altındadır. Baş daşında 10 yaşındakı oğlumun adını görəndə inanmıram… 10 yaş nədir ki?! Hələ qarşısında yaşayacağı bir həyat var idi. Doymadım oğluma… Yanına tez-tez gedirəm. Söhbət edirəm, sanki məni eşidir. Şükür ki, yamyaşıl bir yerdir, quşlar civildəyir, qəbiristanlığın gözəli olmaz, amma bura balaca uşağı qorxutmayacaq bir yer. Orada dua edərkən "Hə, getdi" deyirəm. Artıq xəstəxanada və evdə olmadığına ancaq qəbiristanlıqda olanda inanıram. Ağlım gedib-gəlir. Durduğum yerdə ağlamağa başlayıram. İki ildir acı çəkirdim, göstərməməyə çalışırdım.

- Niyə gizlədirdin?

- Çünki mənə ehtiyacı olanlar vardı. Mənim iki oğlum var. Berenin də mənə ehtiyacı var. Amma ən çox Poncikin... O, çox çətin bir xəstəliklə mübarizə apardığı ərəfədə duyğulu ana ola bilməzdim. Sağalacağına o qədər inanmşdım ki... Biz ana-oğul birlikdə keçəcəkdik bu ərəfəni. İki il bütün ailə mübarizə apardıq. Əlimizdən getdin...

- Depressiya əleyhinə dərmanlar içirsən?

- Yox... İlik nəqli edildi... Donor mən idim. Həkimlər antidepresant qəbul etməyimi istədi. Amma Pars da, Harun da istifadə etmədi. Ondan sonra çox xəstəliklər keçirdim. Gecələr dişlərimi sıxırdım, çatladılar. Gözümün üstündə kist çıxdı, əməliyyat olundum. İndi anamın verdiyi bitki dərmanları içirəm. Amma faydası yoxdur. İçimdəki ateş yanır.Nə edim, atəş düşdüyü yeri yandırır, ömürboyu da yandıracaq.

- Səhərlər oyananda nə hiss edirsən?

- Yatmıram ki... Bir az yuxuya gedirəm, dodaqlarımda gülümsəmə ilə oyanıram. Bir neçə saniyəyə oyanıram. Onu son gördüyüm anı xatırlayıram. Cansız bədəninə son dəfə sarıldığım an... Mələk üzü heç gözümün önündən getmir. Dərmanla yatmağa çalışıram və yalvarıram ki, nə olar, oğlumu yuxuda görüm.

- Necə bir uşaq idi?

- Çox fərqli idi. Dostum idi... Mənə hər dəfə məsləhətlər belə verirdi. Bir uşaq xəstədirsə 7/24 yanında olursan. İkimiz bir otaqda qalırdıq. Çünki gecə baxımı var idi. Bir dəfə belə soruşmadı ki, nə vaxt sağalacam, məktəbə gedəcəm. Üsyan etmədi... Çünki mənim üzülməyimi istəmirdi. Bəlkə axmaqlıqdır, amma indi də onu düşünürəm: Üşüyür? Acdır? Mənim üçün darıxır, mənsiz qala bilməz... Qorxur?



- Xəstəlik necə başladı?

- İki il əvvəl... Ponçikin o zaman 8 yaşı var idi. O qədər çox şey yaşadıq ki... Heç vaxt nə hisslərimi, nə də fotomuzu paylaşdım. 5 dəfə saçı töküldü, yenidən çıxdı... 5 dəfə kirpiyi, qaşı töküldü. Hər zaman sağalacağına inandım. Dedim, böyüyəndə əsəbiləşəcək, deyəcək niyə paylaşdın? İki qardaşı var: biri İspaniyada, digəri Londonda. İki il oğlumu xilas etmək üçün əlimdən gələni etdim, amma işimdə saxladım. Gündə 8 litr su içizdirirdim. Çox çətindir, amma edirdim. Gülə-gülə kimyaterapiyanın vurduğu ziyanları təmizləməyə çalışırdıq. Pis hüceyrələr bədənini ələ keçirəndə ağrıları şiddətli olurdu. Allaha yalvarırdım ki, o ağrıların eynisini mən hiss edim. Bir müddət sonra məndə də ağrılar başladı.

Londonda səfərdə idik. Boynunun ağrıdığını dedi. İki qardaş oynayırdılar, düşündüm ki, yorulub. Təyyarəyə mindik, ayağının ağrıdığını söylədi. Səhəri xəstəxanaya apardım. Sümük ağrısı dedilər. Analizlər təmiz çıxdı. On gün nə olduğunu bilmədik. Lenfomaydı... Gecələr ağrıdan yata bilmirdi. MRT-yə getdik. Həkim ayağındakı kistin bədənin 22 nöqtəsində olduğunu söylədi. Ayaqlarım tərpənmirdi, Harunla başa düşdük ki, xərçəng uşağın bütün bədəninə yayılıb. Ponçiğin ağrılarını kəsmək üçün morfi vuruldu. Özünə dedik ki, bədənində mikrob var, ona görə ağrıyırsan. Kimyaterapiya oldu, tez də müsbət nəticə verdi. Bütün kistlər yox olmuşdu. Kimyaterapiya sağlam hüceyrələri də öldürürdü. İlk dəfə ağzından yaralar çıxdı. Nə danışa, nə yeyə bilirdi. 32, 72 saatlıq kimyaterapiyalar... Xəstəxanada bir dünya qurmuşduq. Əməliyyatlar da edilirdi...



- Ponçik nə edirdi?

- Xəstəxananın sevimlisi olmuşdu. Gülür, güldürürdü. Xəstəxanada atasının, nənəsinin verdiyi pulları yığırdı, balaca bir uşağa əlil arabası aldı. Sonra yaxşılaşdı, evə gəldik. Amma sonra təkrar başladı... Barselonaya qardaşı Berenin yanına gedəcəkdik. Qəfil ayağındakı ağrılar başladı. Bu dəfə xəstəlik lösemi formasında qarşımıza çıxdı. Yenə müalicələr başladı, saçları, qaşları, kirpikləri töküldü. Sonra da ilik nəqli... Həmin ərəfədə o biri oğlumun yanına Barselonaya getməliydim. Ağlaya-ağlaya getdim, qayıtdım... Yenidən kimyaterapiya. Bu dəfə 72 saat... Hər şeyə dözürdü, saçlarını kəsəndə ağlayırdı.

Ötən ilin mart-aprel və may ayları ən çətin ərəfə oldu. 3 ayı yüksək risq müalicəsi ilə keçirdik. İlik nəqli asan deyildi. İlik və kök hüceyrə axtarmağa başladıq. Qardaşlarına, mənə, atasına, dünyadakı bütün donorlara baxıldı, tapılmadı. Dedilər ki, kənardan alanda gərək tam uyğun olsun. Yoxsa pis nəticələr ola bilər. Məndə uyğunluq tapıldı. İyunda müalicə bitdi və xəstəxananın təcrid otağına getdik. Orada dəhlizə belə çıxa bilməzsən. Ora birlikdə girdik. 9 ilik nəqli var, 9-10 gün hazırlıqlar gedir. 6 addımlıq bir otaq idi. Pəncərəsi var, amma açılmır. Bir gün dedim ki, gl oyun oynayaq. Sual verdi ki, istədiyin iki şeyi söylə: Tək istəyim sənin sağalmağındır. Qayıtdı ki, ilik verəcəksən və hər şey bitəcək. Ondan nə istədiyini soruşdum. Dedi ki, qocalma, qocalsan da Gülay kimi ol. Gülay nənəsidir. Sonra söylədi ki, görünməz olub hər zaman sənin yanında qalmaq istəyirəm. O gün mənə öləcəyini, ruhunun mənimlə olacağını demək istəyirmiş


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA