axin.az

SON DƏQİQƏ

Avropa çempionumuz: “Onun uşağı ilə oynamaq üçün ürəyim gedir”

8-05-2020, 17:34

Avropa çempionumuz: “Onun uşağı ilə oynamaq üçün ürəyim gedir”“Bolqarıstanda məşq zalları bağlıdır. Amma mən hər gün özüm məşq edib, formamı qorumağa çalışıram”.

Bunu Axin.az-a qadın güləşi üzrə millimizin aparıcı üzvlərindən olan Elis Manolova deyib.

Əslən türk olan 24 yaşlı idmançımız Bolqarıstanın paytaxtı Sofiyada yaşayır. O, karantin günlərində məşğul olduğu işlərdən danışıb:

“Mütaliə edirəm. Amerikalı yazıçı Den Braunun əsərlərini oxumağı sevirəm. “PlayStation” oynamaqla aram yoxdur. Televiziya izləyirəm və hər axşam yaxınlıqda yaşayan bacıma qonaq gedirəm. Onun uşağı ilə oynamaq üçün ürəyim gedir”.

Elis yaşadığı Sofiyadakı durumu da izah edib:

“Burada məktəblər bağlıdır. Çölə çıxmaq bir ara qadağan idi. Sonra ancaq maska ilə çıxmağa icazə verildi. Çölə çıxarkən, məsələn, marketə gedərkən maska taxmağımız vacibdir. Mayın 13-də karantin rejimi bitməlidir. Amma müddəti uzadıla da bilər. Tam bəlli deyil. Bolqarıstanda artıq parklar açılıb. Gedib orada məşq etmək olar”.

Qeyd edək ki, Elis Manolova IV İslam Həmrəyliyi Oyunlarının və ötən il Buxarestdə keçirilmiş Avropa çempionatının qalibidir. O, 2019-cu ilin dünya çempionatının bürünc medalını qazanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA