axin.az

SON DƏQİQƏ

Berni Ekklstoun: "Formula 1" rəhbərliyi 8 Qran-pri keçirə bilər"

7-05-2020, 11:24

Berni Ekklstoun: "Formula 1" rəhbərliyi 8 Qran-pri keçirə bilər""Mən "Liberty Media"nın 2020 mövsümü üçün planını tənqid etməyəcəyəm, şirkətin kifayət qədər problemi var".

"Axin.az" xəbər verir ki, bu fikirləri "Formula 1"in sabiq icraçı direktoru Berni Ekklstoun yarış seriyasının sahibi "Liberty Media"nın "Formula 1"də 2020 mövsümünü keçirmək planını şərh edərkən deyib.

O, Qran-prilərin azarkeşsiz keçirilməsinin şirkətə baha başa gələcəyini bildirib. Ekklstoun yarış üçün avadanlıqların çatdırılması ilə bağlı təşkilatın nə edəcəyini bilmədiyini vurğulayıb: "Formula 1"in hazırkı sahiblərinin yerində olsaydım, mövsümü ləğv edərək, növbəti mövsümə hazırlaşmağa başlayardım. Amma mümkündür ki, Formula 1" rəhbərliyi 8 Qran-pri keçirə bilsin".

Qeyd edək ki, "Formula 1" 15 - 18 yarış keçirmək niyyətində olduğunu açıqlayıb. 2020 mövsümünün startı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA