axin.az

SON DƏQİQƏ

Samir Bağırov üzə çıxdı: “Virusu məğlub edib, başıma “korona” qoyacağam” - ÖZƏL + FOTO

6-05-2020, 15:52

Samir Bağırov üzə çıxdı: “Virusu məğlub edib, başıma “korona” qoyacağam” - ÖZƏL + FOTO“Gəzməklə aram yoxdur. Küçəyə ancaq təcili məsələlərimi həll etmək üçün çıxıram”.

Bu sözləri Axin.az-ın əməkdaşı ilə söhbətində şou-biznesdən ilim-ilim itən, nadir hallarda efirə çıxan məşhur estrada müğənnisi Samir Bağırov deyib.

Sənətçi karantin günlərində başına gələn maraqlı hadisədən danışıb:



“Bir neçə gün əvvəl gecə saatlarında dostlarım və mən avtomobildə gəzmək üçün şəhərə çıxdıq. Bizi bir neçə dəfə postlarda saxladılar. Yol Patrul Xidməti əməkdaşları bizi yoxlayan vaxt avtomobildə məni görüb tanıdılar. Onlar “Haradasız? Niyə səhnəyə çıxmırsınız?” kimi suallar verdilər. İnanın ki, bunu eşidəndə həm təəccübümü, həm də sevincimi gizlədə bilmədim. İllərlə səhnəyə çıxmasam belə, heç kim məni unutmur. Onlar mənə çox hörmətlə yanaşdılar”.

Uzun zamandır gözlərdən itən S.Bağırov yaxında susqunluğunu pozacağını söylədi:

“Koronavirus pandemiyası işlərimi alt-üst etdi. Bu hadisələri yaşamasaydıq, Novruz bayramında yeni layihəmi təqdim edəcəkdim. Ancaq bütün planlar dəyişdi. Karantin bitəndən sonra ilk işim medianı toplayıb musiqi layihəmi təqdim etmək olacaq. Virusu məğlub edib, başıma “korona” (tac) qoyacağam (gülür).

Təqdim edəcəyim musiqi layihəmdə sənədli film, iki yeni klip və dörd yeni mahnı var. Bir mahnım “Moskvalılar” adlanır. O biri rus dilində Bakıya həsr olunmuş bəstədir. İki digər ritmik kompozisiya isə Nadir Hüseynova məxsusdur.



“Moskvalılar” bəstəsini bu il keçiriləcək “Jara” beynəlxalq musiqi festivalında səsləndirməli idim. Amma festivalın baş tutub-tutmayacağı hələlik məlum deyil. Hətta bu mahnıya klip çəkdirməyi də planlaşdırmışdım. Ekran işi üçün ssenari də yazılmışdı, lakin koronavirusa görə bütün planlarımı təxirə saldım.

10 il yatdım, birdən oyandım, yeni prodüser tapdım, müqavilə bağladım, təqdimat keçirmək istədim, amma hər şeyi dayandırmalı oldum. Ümid edirəm ki, tezliklə hər şey yaxşılığa doğru dəyişəcək”.

Estradamızın ən parlaq və ekstravaqant pop ulduzu Samir zövqünü oxşayan kişi sənətçilərin adlarını çəkib, onların həm səhnə obrazı, həm də ifaları haqqında bunları dilə gətirdi:

“Yeni və istedadlı gənc ifaçılar çoxdur. Müğənni Çingiz Mustafayevi çox bəyənirəm. Onu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin səhnəsində görəndə çox sevindim, çıxışı ən yaxşı nömrələrdən biri idi.

Milli pop səhnəmizdə zövqümü oxşayan digər müğənnilər Miri Yusif və Zamiq Hüseynovdur. Onların həm səhnə imicini, həm də ifalarını çox bəyənirəm”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA