axin.az

SON DƏQİQƏ

“SÖZÜNÜN ƏVVƏLİ DƏ, SONU DA DOLLAR İDİ...” - “Ədalət Tahirzadə, sənə ayıb olsun!”

14-04-2020, 14:46

“SÖZÜNÜN ƏVVƏLİ DƏ, SONU DA DOLLAR İDİ...” - “Ədalət Tahirzadə, sənə ayıb olsun!”Bir neçə gün əvvəl tanınmış təhsil eksperti, deputat Etibar Əliyevlə publisist Mehriban Vəzir arasında sosial şəbəkədə yaranan mübahisə böyüyərək tarixçı araşdırmaçılar Adıgözəl Məmmədovla Ədalət Tahirzadə arasında qarşılıqlı ittihamlara rəvac verib.

“AzPolitika.info”-nun da yer verdiyi həmin qalmaqalda Etibar Əliyev onun ünvanına kəskin ifadələr işlədən Ədalət Tahirzadəni repressiya qurbanlarından olan Əhməd Triniçin nəvəsindən babası haqqında arxiv materialları verməyin əvəzində 50 min dollar istəməkdə ittiham edib.

Ədalət Tahirzadə isə deputata bu barədə məlumatın Adıgözəl Məmmədov tərəfindən verildiyini iddia edərək, onun ünvanına yazılası mümkün olmayan ağır ifadələr işlədib. “Bu sitatın müəllifinə deyirəm ki, sən namərdsən, yalançısan, böhtançısan. .... Sən Adıgözələ Triniçin evinin ünvanını mən vermədimmi? .... Allaha şükür, həyatım boyunca kimsənin qarşısında xəcalətli deyiləm və bütün yaşamımla fəxr edirəm. Mən Triniçin ailəsinə yazdım ki, onun DTK arxivindən götürdüyüm istintaq işini kitab kimi Bakıda nəşr etmək üçün öncə həmin rusca əlyazmalar bilgisayarda yığılmalı və sonra tərcümə edilməlidir. Əlbəttə, kitabın nəşri də xərc tələb edir. Mən bunu yazandan sonra onlar cavab vermədilər və mən də Triniçin kitabını bağladım. İndi de görüm, sadaladığım işləri mən öz hesabıma görməli idim?

Açığı, onlara məbləğ yazdığımı xatırlamıram. Bununla belə, 5 min manat yazmış olsaydım da, burada utanacaq bir şey yoxdur. Ancaq 50 min dollar istəməyim böhtandır. ... Sənin kimi bu millətin cəlladı olan Mircəfər Bağırovun qohumlarının pulu ilə dolanmağı heç vaxt özümə sığışdırmaram. Bilirəm, sənin mənimlə düşmənçiliyin Bağırova görədir, çünki mənim ona qarşı yazılarım sənin bazarını kasadlaşdırır”.

Adıgözəl Məmmədov “AzPolitika.info”-ya müsahibəsində Ədalət Tahirzadənin ittihamlarına cavab verib:

- Adıgözəl müəllim, Siz Ədalət Tahirzadə ilə ümumiyyətlə tanışsınızmı? Əhməd Triniçin təqdiqatları ilə bağlı görüşünüz olubmu?

- Qətiyyən, mən onunla həyatda heç görüşməmişəm, bir dəfə telefon danışığımız olub. Əhməd Triniçlə bağlı materialların onda olub-olmadığın soruşdum. Dedi ki var. Hətta əlində Əhmət Triniçin orijinal əlyazmalarının olduğunu bildirdi. Amma nə qədər dil tökdümsə, vermədi. Başa düşdüm ki, müəllim nəsə umur. Təklif etdim ki, gəlin görüşək, mənə dedi ki, hazırlıqlısızsa, görüşəyin. Sözünün əvvəlində də sonunda da tez-tez dollar deyirdi. Bir müddət sonra müəllim başa düşdü ki, mən onun təsəvvüründə olan alıcı deyiləm. Bununla da onunla olan ilk və son danışığımız bitdi.

- Ədalət Tahirzadə qeyd edir ki, Triniçin evinin üvanını Sizə o verib? Bu barədə nə deyə bilərsiniz?

- Bilmirəm, Ədalət bəyin bu sözünə gülüm, ya ağlayım. Əslində Ədalət Tahirzadə haqqında mənə Əhməd Triniçin oğlu mərhum Fridrix və onun qızı İra danışıb, bu adamın onlara öz xidmətini təklif etdiyini bildiriblər. Əlində hansısa sənədlərin olduğunu deyirmiş, elə mən də onların xahişi ilə Moskvadan Bakıya qayıtdıqdan sonra Ədalət Tahirzadəyə zəng etdim və son danışığımız o vaxt oldu.

- Ədalət Tahirzadə bildirir ki, onunla Mircəfər Bağırova görə düşmənçilik edirsiniz...

- Vallah, mən başa düşə bilmirəm ki, onunla mənim niyə düşmənçiliyim olmalıdır? Hər kəs özünə görə müəyyən tədqiqatlar aparır. Hər müəllifin tarixi hadisələrə baxışda fərqli yanaşmaları ola bilər. Mən 12 kitab müəllifiyəm və bu kitablarımdan da birində M.C.Bağırovun siyasi portreti təhlil edilir. Mənim qənaətimcə, eyni zamanda bunu sübut edən yetərincə arxiv sənədləri də var, Bağırovun xalqımızın taleyində müsbət rolu az olmamışdır və bunu unutmaq nankorluqdur!

Mənim ünvanıma yaramaz sözlər işlətməsinə gəlincə, buna görə “Ədalət Tahirzadə, sənə ayıb olsun!” deyirəm.
“AzPolitika.info”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA