axin.az

SON DƏQİQƏ

Andrey Şevçenko: "Bu, Çernobıldakı qəzanın baş verdiyi dövrə bənzəyir"

29-03-2020, 09:37

Andrey Şevçenko: "Bu, Çernobıldakı qəzanın baş verdiyi dövrə bənzəyir"Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko koronavirus pandemiyası şəraitindəki həyat tərzi barədə danışıb.

"Axin.az"in məlumatına görə, 44 yaşlı mütəxəssis özü ilə bağlı hər şeyin qaydasında olduğunu bildirib. Ötənlərin məşhur hücumçusu hazırda Kiyev ətrafındakı evində yaşadığını və artıq 10 gündür özünü tədric etdiyini diqqətə çatdırıb. Onun fikrincə, yeganə çıxış yolu hökumətin qoyduğu qaydalara hörmək etməkdir: "Evdə qalmaq və həkimlərə çox vacib işi görmək imkanı yaratmaq lazımdır".

Şevçenko hazırkı vəziyyəti Çernobıl Atom Elektrik Stansiyasında qəzanın baş verdiyi dövrə bənzədib: "Həmin vaxt mənim 9 yaşım var idi".

Baş məşqçinin fikrincə, heç kim yoluxmadığını əminliklə söyləyə bilməz: "Biz küçəyə çıxmamalıyıq. Təkcə özümüzü yox, hamıdan əvvəl virusun böyük təhlükə doğuracağı insanları düşünməliyik".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA