axin.az

SON DƏQİQƏ

"Azərbaycanda ev sahibi kimi iki oyunumuz olacaq" - Arda Turan

11-03-2020, 23:40

"Azərbaycanda ev sahibi kimi iki oyunumuz olacaq" - Arda TuranTürkiyə millisinin sabiq üzvü Arda Turan “ay-ulduzlular”ın Avro-2020-nin pley-off mərhələsinin iki oyununu Bakıda keçirəcəyinə münasibət bildirib.

Axin.az xəbər verir ki, o, “Milliyet”ə müsahibəsində deyib ki, komanda Bakıda ev sahibi kimi oynayacaq:
“Komandamıza çox güvənirəm. Azərbaycanda ev sahibi kimi iki oyunumuz olacaq. Rəqiblərimizdən olan İtaliya da seçmə mərhələdə yaxşı çıxış edib, 10 oyunun hamısında qalib gəliblər. Bununla belə, millimizin çox uğurlu olacağına inanıram”.

Xatırladaq ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. Komanda iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA