axin.az

SON DƏQİQƏ

“Xəzər” TV-də qadağam var”

14-02-2020, 14:43

“Xəzər” TV-də qadağam var”“Son 5 ildə qiymətlər 5 dəfə qalxıb, amma film, serial sektorunda hələ də irəliləyiş yoxdur! Təklif gələndə son 5 illə müqayisədə, bir az artıq maaş tələb edəndə, 5 il də işsiz qalırsan”.

Axin.az xəbər verir ki, bu sözləri aktyor Fərhad Səmimi sosial media hesabında yazıb.

O, serial və film sektorundan gileylənib:

“Təklif olunan maaşla razılaşıb işləsən belə, onu da vaxtında almırsan, tələb etdikdə isə “Problemli aktyor” titulunu alnına yapışdırırlar. Şirkətlər, kanallar işimizi sevdiyimizdən, başqa bir məşğuliyyətimiz olmadığından istifadə edərək az məbləğə işlədiblər və sonda qadağa qoyublar. Üzləri ağ olmuş həmkarlarımızda da o birlik yoxdur ki, ömürlük əziyyət çəkməkdənsə, bir az əziyyət çəkib vəziyyəti düzəldələr. Qalırsan meydanda tək... Bizimlə işləmək istəyib də, işləməyən rejissorları da qınamıram. Ağa deyir sür dərəyə, sür dərəyə.



2016-cı il dən “Xəzər” TV-də qadağam var. “Cehizsiz gəlinlər” serialında 3 ay bir qara qəpik də maaş almadan işlədim. Baş rola təsdiqləndiyim “Nar bağı” adlı bədii filmin iş planını serialın müqaviləsinə əsasən hətta bir aydan da əvvəl komandaya təqdim etdim. Buna baxmayaraq, serialdan ayrılanda 3 aylıq maaşımı aldım! Baxmayaraq ki, İslam adlı şəxs tərəfindən məhkəmə ilə bundan sonra səni heç kim çəkməyəcək kimi sözlərlə hədələnirdim.

Və eləcə də digər prodakşnlarla da eyni problemlər. Əlqərəz... Bu köhnə məsələləri açmağımda məqsədim “Köhnə hamam, köhnə tas” məsəlini yadınıza salmaqdır. Ataların başqa bir yaxşı məsəli də var: Aclıq bir il gedər, töhmət min il. Odur ki, sözü gedən şirkətlərə ehtiyacım yoxdur! Hər şeyin, geci tezi var! Özünüzə yaxşı baxın!”.

Qeyd edək ki, aktyor “Dağıntılar altında”, “Kür nəğmə”, “Döngələr”, “Pərvanələrin rəqsi” kimi seriallarda rol alıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA