axin.az

SON DƏQİQƏ

“Flört sevgidən üstündür” - Samir Cavadzadə

14-02-2020, 17:13

“Flört sevgidən üstündür” - Samir Cavadzadə“Şəxsi həyatımda boşluqdur. Səbəbi özüməm”.

Bu sözləri Axin.az-ın suallarını cavablandıran müğənni Samir Cavadzadə deyib.

O, Sevgililər günündə ona yoldaşlıq edəcək şəxsin olmadığını söyləyib:

“Sevgili axtarışında deyiləm. Sadəcə bir məqam yaranar ki, başqasını görüb bəyənə bilərəm. Ümumiyyətlə, mənim üçün yeni tanışlıq - flört hamısından daha gözəldir. Mənə görə flört sevgidən üstündür. İnsan o zaman daha həyəcanlı olur. Qarşısındakının xoşuna gəlmək üçün hər şey edir. O zaman ürək daha tez-tez döyünür”.



S.Cavadzadə sevgi münasibətlərində sərt olduğunu dilə gətirib:

“Həyatımda ailəyə, sənətə qarşı sevgi var deyə sevgili axtarmıram. Mən o insanlardan deyiləm ki, bir günü biri ilə gəzim, beş ay sonra başqası ilə. Şəxsi həyatımda ciddiyəm. Haradasa sərt ola bilərəm. Düzü, bir az hər şeyi gözləyənəm axı... Ona görə belə şeylərə də diqqət edirəm”.

Pərviz Hüseyn


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA