axin.az

SON DƏQİQƏ

20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş simfonik musiqi proqramı təqdim edilib

19-01-2020, 19:54

20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş simfonik musiqi proqramı təqdim edilibYanvarın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş simfonik musiqi proqramı təqdim olunub.

Axin.az xəbər verir ki, Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri olduğu konsert proqramında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Anım tədbirində Mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Vətənpərvərlik ruhunda bəstələnmiş əsərlərdən ibarət konsert proqramında Qara Qarayevin “Matəm odası”, “İldırımlı yollarla” baletindən fraqmentlər, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Azər Rzayevin “Bakı 90” simfoniyası səsləndirilib.

Simfonik musiqidən təsirlənən tamaşaçılar Qanlı Yanvar hadisələrinin hüzn və kədərini sanki yenidən yaşayıblar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA