axin.az

SON DƏQİQƏ

İkinci Dünya müharibəsi zamanı Fransada oğurlanan rəsm əsərləri satışa çıxarılıb

13-01-2020, 19:03

İkinci Dünya müharibəsi zamanı Fransada oğurlanan rəsm əsərləri satışa çıxarılıb

Faşist Almaniyasının işğalı zamanı Fransada oğurlanan neoimpressionist cərəyanının nümayəndələri sayılan Kamil Pissarronun “Bəyaz qar fırtınası”, Pol Sinyakın “Qızılı buynuz və Kliş limanı” əsərləri Londonda “Sotheby's” hərrac evində 26,1 milyon dollara satışa çıxarılıb.
Axin.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “The Independent” qəzeti xəbər yayıb.
K.Pissarro və P.Sinyakın əl işləri 1930-cu illərdə Parisdə kolleksiya toplayan Qaston Leviyə qaytarılıb. Almanların gəlişi ilə Q.Levi Tunisə qaçıb və müharibənin başa çatmasını orada gözləyib. Bu müddət ərzində millətçilər onun kolleksiyasını qarət ediblər.
Müharibədən sonra əsərlərdən ikisi Fransaya qaytarılaraq Parisin “D, Osre” muzeyində saxlanılırdı. Üçüncü rəsm əsəri isə Xildebrand Qurlit adlı almaniyalı rəsm alverçisinin kolleksiyasında aşkar olunmuşdu. Ötən il Almaniya dövləti onu Q.Levinin ailəsinə təqdim edib.
Hərrac evinin rəhbəri Tomas Boyda-Boumanın sözlərinə görə, bu əsərlər əvvəllər heç bir yerdə satışda olmayıb. Güman olunur ki, onlar içərisində Pissarronun çəkdiyi şəkil 15,6 milyon dollara satıla bilər.
Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı almanlar bu ölkədən 100 minə yaxın rəsm əsəri oğurlayıb. Onlardan 61 mini artıq Fransaya qayıdıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA