axin.az

SON DƏQİQƏ

Dörd ölkənin məşhur sənətçiləri Opera və Balet Teatrında

13-01-2020, 17:48

Dörd ölkənin məşhur sənətçiləri Opera və Balet TeatrındaFevralın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun “Payatsı” operası nümayiş olunacaq.

Axin.az xəbər verir ki, səhnə əsərində Azərbaycanın opera ustaları ilə yanaşı, Almaniya, Rusiya və Gürcüstandan dəvət olunmuş tanınmış sənətkarlar da iştirak edəcəklər.

Operanı idarə etmək üçün Almaniyanın Ştutqart Opera və Balet Teatrının baş dirijoru, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Mixail Aqrest dəvət olunub.

Operada əsas partiyalardan biri - Kanio partiyasını Tbilisi Dövlət Opera və Balet Teatrının solisti, Gürcüstanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili ifa edəcək.

Tonio rolunu Rusiya Böyük Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andjey Beletski canlandıracaq.

Səhnə əsərində, həmçinin Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) çıxış edəcəklər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA