axin.az

SON DƏQİQƏ

Azərbaycan, Rusiya və Gürcüstandan olan aktyorlar eyni səhnəni paylaşacaq

13-01-2020, 19:19

Azərbaycan, Rusiya və Gürcüstandan olan aktyorlar eyni səhnəni paylaşacaqAzərbaycanın paytaxtı Bakıda Azərbaycan, Rusiya və Gürcüstandan olan aktyorlar eyni səhnəni paylaşacaq.

“Sputnik”in yaydığı xəbərə görə, tamaşa Azərbaycan Dövlət Opera və Balet Teatrında fevral ayının 1-də baş tutacaq.

Teatrda xarici ifaçıların iştirakı ilə Rudcero Leonkavallonun “Klounlar” operası nümayiş olunacaq.

Orkestrə Ştutqart Opera və Balet Teatrının baş dirijoru, beynəlxalq drijor müsabiqələri laureatı Mixail Aqrest rəhbərlik edəcək.

Tamaşada Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Nedda partiyası), Cahangir Qurbanov (Silvio partiyası), Əliəhməd İbrahimov (Arlekina partiyası) və Tural Ağasıyev (Kəndli partiyası) da iştirak edəcəklər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA