axin.az

SON DƏQİQƏ

Nəsiminin yubileyi Suraxanıda qeyd olunur - Foto

2-12-2019, 10:41

Nəsiminin yubileyi Suraxanıda qeyd olunur - Foto

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil, mədəniyyət, səhiyyə, sənaye müəssisələrində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir, məktəblilər arasında şeir, rəsm, inşa-yazı müsabiqələri təşkil olunur.

“Qafqazinfo” xəbər verir ki, növbəti belə tədbir Suraxanı Rayon İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilib. Məktəbin akt zalında keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Nəsimi yaradıcılığının ölkədə sistemli tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Prezident İlham Əliyev sərəncamlar imzalayıb. Yeni mədəniyyət müəssisələri, konsert salonları inşa olunur, teatrlarımız, muzeylərimiz, kitabxanalarımız təmir olunur, sənət adamlarına böyük qayğı göstərilir”.

Tədbirdə çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları filologiya üzrə fəlsəfə doktorları Xədicə Heydərova, Adilə Nəzərova, Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin direktoru Səidə Məmmədova qeyd ediblər ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva iştirak edib.

Sonda məktəblilərin hazırladıqları bədii hissə təqdim olunub.
Nəsiminin yubileyi Suraxanıda qeyd olunur - Foto
Nəsiminin yubileyi Suraxanıda qeyd olunur - Foto
Nəsiminin yubileyi Suraxanıda qeyd olunur - Foto
Nəsiminin yubileyi Suraxanıda qeyd olunur - Foto
Nəsiminin yubileyi Suraxanıda qeyd olunur - Foto


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA