11:00 - "Bataqlıq" klublarına ayrılan milyonlar, ictimai nəzarəti "düşmən" obrazında görənlər
10:48 - Qurban Qurbanov: "Musa oğlum olduğu üçün digərlərindən bir addım geridədi"
10:33 - Çavuşoğlu: “S-400”dən imtina etmirik, “Patriot” da ala bilərik
10:21 - Sevgili olduqlarını niyə gizlədirlər?
10:00 - "Çelsi"dən "İnter"ə transfer
09:51 - Hindistanda vətəndaşlıq haqqında qanun kütləvi etirazlara səbəb oldu: Ölənlər var
09:24 - Bakıda qəza tıxaca səbəb oldu
09:10 - ABŞ İranın əsas nüvə obyektinə qarşı sanksiyalar tətbiq edir
01:16 - Klublararası dünya çempionatında yarımfinalçılar bəlli oldu
22:11 - Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçildi
20:56 - 3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət - VİDEO
20:54 - Dəm qazından 106 nəfər öldü
20:34 - Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: Yanğında iki avtomobil zərər görüb
19:51 - “Xaricə gedəndə aptekləri gəzir”
18:40 - Azərbaycandan Avropa Parlamentinin 751 deputatına məktub
Şəkidə “Zəmanəsinə sığmayan Nəsimi” ədəbi-bədii kompozisiyası tamaşaçılara duyğulu anlar yaşadıb
Kainat, zaman, çağ mənəm deyən, zərrədə günəş axtararaq varlığın bir vücuddan yarandığını deyən, könül tərbiyəsi və gözəlliyini insan ömrünün qayəsi sayan dahi mütəfəkkir İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin əsasını qoyan böyük ideallar şairi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin Şəki filialının təşkilatçılığı ilə keçirilən “Zəmanəsinə sığmayan Nəsimi” adlı ədəbi-bədii tədbirdə səsləndirilib.
Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə şəhər rəhbərliyi, ziyalılar, liseyin müəllim və şagirdləri, valideynlər, həmçinin Nəsimiyə həsr olunan beynəlxalq konfransda iştirak etmək üçün Şəkiyə gələn AMEA Tarix İnstitutunun alimləri, türkiyəli elm xadimləri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində çıxış edən filialın direktoru Ariz Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “İmadəddin Nəsimi ili” elan edilməsinin şairin zəngin irsinin təbliği və dünyada tanıdılması baxımından çox böyük əhəmiyyət daşıdığını vurğulayıb. O deyib: “Bu gün buraya dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin bizlərə miras qoyduğu əvəzsiz irsi dəyərləndirmək, şairin 650-ci ildönümünə və onun 47 baharlıq ömür yoluna işıq salmaq üçün toplaşmışıq. Buraya şairin məhəbbət, gözəllik, ağıl, idrak nümunəsi olan poeziyasını dinləməyə, istisinə qızınmağa, Nəsimi zirvəsindən od götürməyə gəlmişik. Məsləki uğrunda dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz sözündən dönməyən bu mərd insanın faciəli ölümü neçə əsrlərdir ki, şairlərin şeirlərində, aşıqların sazında, alimlərin məqalələrində, dahi insanların fikirlərində tərənnüm olunur”.
Liseyin şagirdlərinin Nəsiminin yaradıcılığı ilə bağlı təqdim etdikləri ədəbi-bədii kompozisiyalar, söylədikləri şeirlər, qəzəllər gecəyə toplaşanlar tərəfindən böyük maraqla qarşılanıb.
Gecənin sonunda AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov çıxış edərək Nəsiminin Azərbaycan ədəbiyyatı tarixindəki rolundan söz açıb, yüksək səviyyədə hazırlanan və təqdim olunan bədii proqrama görə liseyin kollektivinə minnətdarlığını bildirib.