axin.az

SON DƏQİQƏ

YUĞ Teatrının keçmiş direktoru koronavirusdan vəfat edib

21-07-2020, 09:50

YUĞ Teatrının keçmiş direktoru koronavirusdan vəfat edibYUĞ Teatrının keçmiş direktoru Cəbrayıl İsrafilov vəfat edib.

Axin.az xəbər verir ki, bu barədə APA-ya mərhumun qardaşı, professor İsrafil İsrafilov məlumat verib.

Onun sözlərinə görə, 69 yaşlı Cəbrayıl İsrafilov bu gün koronavirusdan vəfat edib.

Mərhum sabah dəfn ediləcək.

Qeyd edək ki, Cəbrayıl İsrafilov 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb.

1991-2007-ci illərdə “YUĞ” Teatrının direktoru vəzifəsində çalışıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA