axin.az

SON DƏQİQƏ

"Mənə yaşamaq imkanını yaratdığınız üçün sizə təşəkkür edirəm"

20-07-2020, 12:46

"Mənə yaşamaq imkanını yaratdığınız üçün sizə təşəkkür edirəm"
Uzun müddətdir koronavirus infeksiyasından müalicə alan Əməkdar artist Bəhram Bağırzadə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
Axin.az xəbər verir ki, aktyor bunla bağlı sosial şəbəkədə yazıb. B.Bağırzadə paylaşımına bunları əlavə edib:

"Allahdan sonra biz ilk dəfə qadın qarşısında borcluyuq: ilk olaraq o bizə həyat verir, daha sonra isə o həyata məna". Bilmirəm bu sözlər kimə məxsusdur. Bu gün onu böyük, Allah-Təala tərəfindən təqdim edilən bir çox üstünlüklərə - gözəllik, möhtəşəm intellekt, gözəl qəlb, ağıllı və sonsuz ürəyiyumşaqlıq sözləri ilə davam etdirərdim.

Allahın mərhəmətidir ki, məni hər zaman möhtəşəm qadınlar əhatə edib. Amma amansız 2020-ci il mənə Mehriban xanım Əliyevanın əvəzsiz mərhəmət hədiyyəsini təqdim etdi. Bütün bu günlərdə həyatla ölüm astanasında olarkən, ölkəmin, Azərbaycanın Birinci vitse-prezidentinin, Birinci xanımının yox, mənə kömək və xilas əlini uzatmış çox böyük xeyirxah ürəyi olan bir bacının səmimi qayğısını hiss edirdim.

Mehriban xanım, mənim üçün etdiyiniz hər şeyə görə sizə təşəkkür edirəm. Mənə yaşamaq və nəfəs almaq imkanını yaratdığınız, yaxınlarıma qaytardığınız üçün sizə təşəkkür edirəm. Allah bütün xeyirxah əməllərinizin əvəzini versin! Bəhram Bağırzadə".

Qeyd edək ki, Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də B. Bağırzadə EKMO cihazından ayrılıb. Onun müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA