axin.az

SON DƏQİQƏ

Hacı Zeynalabdin Tağıyevin ev muzeyinin açılışı oldu

18-06-2020, 12:06

Hacı Zeynalabdin Tağıyevin ev muzeyinin açılışı oldu
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində bu qurumun nəzdində fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyevin ev muzeyinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

Bu barədə AMEA məlumat yayıb.

Tanınmış sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vaxtilə yaşadığı sarayda yerləşən Milli Azərbaycan Tarixi Muzeyi onun zəngin irsinin öyrənilməsi və populyarlaşdırılması istiqamətində xeyli işlər görür, kitablar nəşr etdirir, müxtəlif tədbirlər keçirir.

Xatirə muzeyinin yeni ekspozisiyasında iriölçülü ekranda H.Z.Tağıyevin sahibkarlıq və ictimai fəaliyyəti, Azərbaycanda və onun hüdudlarından kənarda gördüyü xeyriyyə işləri, ailəsi haqqında Azərbaycan, ingilis və rus dillərində məlumatlar yerləşdirilib.

Bundan başqa, yeni ekspozisiyada muzeyin fondlarında qorunan rəsm əsərləri, sənədlər, fotoşəkillər, H.Z.Tağıyevin ordenləri, onun vəsaiti hesabına nəşr olunan kitablar da nümayiş etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA