axin.az

SON DƏQİQƏ

Şəhriyar Del Gerani koronavirusa qalib gəldi

17-06-2020, 13:03

Şəhriyar Del Gerani koronavirusa qalib gəldiBir neçə gün əvvəl koronavirusa yoluxan yazıçı-şair Şəhriyar Del Gerani müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Axin.az xəbər verir ki, bu barədə o, Feysbuk hesabında məlumat verib:

“Dünənki təkrar müayinədən sonra "Yeni Klinika” tibb müəssisəsinin direktoru Dr. Pərviz Abbasov tərəfindən səhhətim asimptomatik dəyərləndirildi və ambulator müşahidəyə göndərildim. Bu gündən etibarən ev şəraitində özümü bir müddət izolyasiya etməliyəm".

Ev şəraitində müalicəsinin davam etdirdiyini bildirən Şəhriyar Del Gerani özünü yaxşı hiss etdiyini qeyd edib:

“Covid 19-la mübarizədən qalib ayrıldım. Amma dünyada və doğma məmləkətimizdə bu görünməz düşmənlə mübarizə davam edir. Bütün düşünən insanlar kimi mən də özümü bu mübarizənin əsgəri hesab edir və bütün müstəvilərdə bu möhtəşəm xalqa xidmət etməyi özümə şərəf bilirəm. Allah bütün xəstələrimizə şəfa versin, mübarək diyarımız Azərbaycan bu amansız sınaqdan üzüağ, minimum itkiylə çıxsın".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA