axin.az

SON DƏQİQƏ

ƏSA Teatrı “Balaca şahzadə”yə hazırlaşır

3-06-2020, 15:05

ƏSA Teatrı “Balaca şahzadə”yə hazırlaşır
“ƏSA” Teatrı sayca səkkizinci tamaşasını hazırlayır.

Axin.az xəbər verir ki, teatr bu dəfə fransız yazıçı Antuan de Sent-Ekzüperiyə dünya şöhrəti gətirən “Balaca şahzadə” əsərinə müraciət edib.

Maydan etibarən intensiv şəkildə tamaşanın hazırlığına başlanılıb. Qarşıdakı müddət ərzində də tamaşanın məşqləri pandemiya ilə əlaqədar sosial izolyasiya və karantin qaydalarına uyğun olaraq həyata keçirləcək. Səhnə əsərində ümumilikdə 14 aktyor iştirak edir. Nümayiş zamanı eşitmə məhdudiyyətli şəxslər üçün tamaşa sinxron şəkildə surdo-tərcümə olunacaq.

Sentyabrın sonlarında premyerası nəzərdə tutulan “Balaca şahzadə” tamaşası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin dəstəyilə hazırlanır.

Qeyd edək ki, tamaşa-layihəsinin rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Əbdülqəni Əliyev, baş prodüseri Nicat Qulamdır. Əsəri fransız dilindən Cavanşir Yusifli tərcümə edib.

Xatırladaq ki, əlilliyi olan və olmayan aktyorlardan ibarət İnklüziv “ƏSA” Teatrı 2016-cı ilin sentyabr ayında yaradılıb. Artıq 5-ci teatr mövsümünə başlayan teatr bu günə qədər paytaxt və regionlarımızda uğurlu layihələr həyata keçirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA