axin.az

SON DƏQİQƏ

Əməkdar artist nəvəsini itirib: "Talasemiya idi"

3-06-2020, 12:06

Əməkdar artist nəvəsini itirib: "Talasemiya idi"Əməkdar artist Kəmalə Müzəffərin hamilə qızı övladını itirib.

Axin.az xəbər verir ki, aktrisa bu haqda "Bizimləsən" proqramında deyib. Aparızı Zaur Baxşəliyev bildirib ki, uşaq talasemiya xəstəsi kimi doğulacaqmış.

Aktrisa əlavə edib ki, bir həftədir ağır günlər yaşayırlar:

"Bunu biləndən sonra biz də məcbur olub, hamiləliyi dayandırdıq. Qızımın ailə qurduğu şəxslə qohumluğumuz yoxdur. Şok olduq, heç kimə bildirmədik. Kədərimizi çəkdik. Ümidimiz var... Qızım da, kürəkənim də gəncdir.

Onlar ailə quranda müayinədən keçmişdilər, bilirdik bu olacaq. İkisi də daşıyıcıdır. Onlar 17 yaşında Türkiyədə birlikdə təhsil alıblar, bir-birini sevdilər. 8 il onlar sevgili oldu. Oğlan ağdamlıdır. Əsgərliyə getdi, qızım onu gözlədi. Sonra nişanlandılar. Bu kədərin arxasında o boyda sevgi dayanır. Onların sevgisi ilə qürur duyuram.

Anayam, bu nə deməkdir bilirəm. Çünki mənim üçüncü övladım 4 aylıq olanda başböyüməsi xəstəliyindən qucağımda öldü. Müalicəsi yox idi, sonradan öyrəndik ki, başında şişlər var. Onu basdıranda şükür edirdim. Çünki yaşasaydı ağrılardan çox əziyyət çəkəcəkdi".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA