Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Əmrah Dadaşov sosial şəbəkədə ona yazılan rəylərdən şikayətlənib.
Axin.az xəbər verir ki, sənətçi bu barədə İnstaqramda yazıb:
“Rəy bildirəndə tərbiyəsizliyinizi göstərməyin, ağzınıza gələni yazmayın, nəslinizi narahat etməyin. Öz işinizlə məşğul olun, bacarırsınızsa, xoş rəylər bildirin. Yox, əgər içinizdəki qurdlar imkan vermirsə, ailənizi söydürməyin” deyə, aktyor bildirib.