axin.az

SON DƏQİQƏ

“O olmasın, bu olsun” tamaşası nümayiş olunacaq

22-05-2020, 16:46

“O olmasın, bu olsun” tamaşası nümayiş olunacaqAzərbaycan Dövlət Akademik Musiqili Teatrı dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” ikihissəli musiqili komediyasını növbəti dəfə mayın 23-də saat 18:00-da “Facebook”dakı hesabı vasitəsilə onlayn nümayiş etdirəcək.

Axin.az xəbər verir ki, tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlərdir.

Səhnə əsərində rolları Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Əzizağa Əzizov, aktyorlar - Möylə Mirzəliyev, Nadir Xasıyev, Səmədzadə Xasıyev, Türkel Tariqpeyma, Elxan İsmayılov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elməddin Dadaşov, Fərid Rzayev, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları canlandıracaq.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş möhtəşəm tamaşa Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulub. İllərdir səhnədən düşməyən bu komediya hər dəfə böyük maraqla izlənilir, rəğbətlə qarşılanır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA