axin.az

SON DƏQİQƏ

Əbülfəs Qarayevin ƏN BÖYÜK GÜNAHI... - Bu sahəni xaraba günə qoydu...

12-05-2020, 15:07

Əbülfəs Qarayevin ƏN BÖYÜK GÜNAHI... - Bu sahəni xaraba günə qoydu...Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) icra başçılarının həbsi ilə nəticələnən əməliyyatlarından sonra nazirliklərin də bu kimi əməliyyatlara məruz qalacağı haqqında mediada xəbərlər yayılmağa başladı.

YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov bunu açıq şəkildə bəyan etdi. Bir az sürpriz, bir az da gözlənilən həmin əməliyyatlardan birincisi məhz Mədəniyyət Nazirliyində oldu. Təbii ki, istənilən nazirlikdə qanunsuz əməllər, rüşvətxorluq, mənimsəmə, isfarçılıq var və DTX istənilən nazirliyin qapısını açsa, içəridən xeyli faktla və adamla çıxar. Belə bir zamanda “Niyə məzh Mədəniyyət Nazirliyi?” deyə düşünənlərin da düşüncələrində haqlı olduqları məqamlar var. Amma onu da düşünəndə ki, hər bir millət və dövlət üçün onun mədəniyyəti həm də vizit kartıdır, əslində DTX-nın budəfəki əməliyyatının əhəmiyyətini anlamaq çətin deyil.

İllərdir mədəniyyətimiz təcavüzə məruz qalıb. Bir tərəfdən ermənilər işğal olunmuş ərazilərimizdə tarixi mədəniyyət abidələrimizi dağıdır və ya öz adına çıxır. Mətbəx mədəniyyətimizdən tutmuş tarixi abidələrimizə qədər nəyimiz varsa, hamısına iddia edir. Digər tərəfdən də mədəniyyətimizi qorumalı olanlar öz maraqları və qazancları naminə bildiklərini edirlər. Bakıda və ölkənin digər regionlarında tarixi abidələrimizə qənim kəsilənlər, mədəniyyət abidələrini yerlə yeksan edənlər, xalqa mədəniyyət adına ancaq “manıs” çal-çağırı təqdim edənlər, fəxri adları belə öz prinsipləri ilə paylayanlar, kitabxanaların qapılarına qıfıl vuranlar, kinoteatların yerini satıb restorana, mərasim evinə çevirənlər bunun üçün bir gün cavab verəcəklərini bilməliydilər.

Necə olur ki, Heydər Əliyev Fondu illərdir Bakının tarixi-memarlıq abidələrini qorumaq, tanıtmaq üçün dünya çapında aksiyalar keçirir, Birinci vitse-Prezident Mehriban Əliyevanın YUNESKO və İSESKO-nun səfiri kimi fəaliyyəti nəticəsində bir sıra abidələrimiz “Dünya mədəni irs siyahısı”na salınır, İçərişəhərdə qala divarlarının düz yanında tikinti işləri aparılarkən də hadisə yerinə məhz birinci xanım gedir, ancaq Mədəniyyət Nazirliyində oturub dövlətdən vəzifə maaşı alanlar susur. Süleyman Rüstəm küçəsində yerləşən tarixi bina ilə bağlı qalmaqal da hələ yaddaşlardadır. Binanın sökülməsinə də reaksiya məhz nazirlikdən yox, Birinci vitse-prezident Mehriban Əliyevadan gəldi. Mehriban Əliyeva 1900-cü ildə inşa olunan binanın dövlətin nəzarətində olduğunu bildirdi.

“Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq", - Birinci vitse-prezident qeyd etdi.

Halbuki indi DTX-nın əməliyyatı nəticəsində saxlanılan Zakir Sultanovun rəhbəri olduğu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən həmin vaxt bildirilmişdi ki, bina tarixi abidələr siyahısına daxil deyil: “Molokanların ibadət evi tarixi abidə kimi dövlət qeydiyyatında deyil”.

Amma indi faktlarla məlum olur ki, şəhərimizi, ölkəmizi doğma evi kimi qorumağa təkcə insani yox, həm də vəzifə məsuliyyəti daşıyan şəxslər elə onu qorumamaqdan milyonlar qazanıblar. Bakının hər küncündə bir tarix yatırdı, o tarixə DTX-nın əməliyyatından sonra “hüququn təntənəsini gözləyən” nazir Əbülfəs Qarayev başda olmaqla bütün Mədəniyyət Nazirliyi məsuliyyət daşımalı idi. Dövlət bunun üçün onları görəvləndirmişdi, görəvin öhdəsindən gələ bilməmək də elə vəzifədən sui-istifadə qədər məsuliyyət yaradır.

Bakının sökülən və yerində dərhal tikinti işləri aparılan onlarla kinoteatrı bu illər ərzində bir-bir sıradan çıxarıldı İllərlə istifadəsiz, baxımsız vəziyyətdə saxlanıldı, qəza vəziyyətinə salındı ki, daha sonra şəhərin görüntüsünü pozurdu bəhanəsi ilə satmaq daha asan olsun.

Şuşa kinoteatrı sökülüb və yeri satılıb. "Nərimanov" kinoteatrının yerində “Baku Elektroniks” tikilib. “Qələbə” kinoteatrının yerində indi “Baku Mall” ticarət mərkəzi var. “Xəzər” kinoteatrının yerində “World med” klinikası tikilib. “Sülh” kinoteatrının yerində bahali tikili “göz qamaşdırır”. “Bilik” kinoteatrı artıq yoxdur. “Vətən” kinoteatrının yerini mağazalar tutub. “Sevinc” kinoteatrı ( sonradan “Təbriz”) sökülüb. “Xəzri” kinoteatrının yerində mağazalar var. “Araz” kinoteatrı tam fəaliyyətsizdir, ətrafinda kafelər işləyir. “İnqilab” kinoteatrının yerində restoran və mərasim zalı var.

Hələlik yerində qalan ancaq “Nizami”, “Azərbaycan” , “Bakı” , “Şəfəq” , “Moskva” və “Dostluq” kinoteatrlarıdır, onlar üçün yəqin ki “B” planı olmamış deyildi. Sadəcə, DTX imkan vermədi..
DİA.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA