axin.az

SON DƏQİQƏ

Müslüm Maqomayevin abidəsinin ucaldılacağı yer məlum olub

10-05-2020, 11:46

Müslüm Maqomayevin abidəsinin ucaldılacağı yer məlum olub“Müslim Maqomayevin heykəlinin ucaldılması ilə bağlı Cənab Prezidentin fərmanı var, bu sahədə işlər davam etdirilir”.

“Axin.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib:

“Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bir sıra nailiyyətlər əldə edib. Müslüm Maqomayevin heykəlinin hazırlanması ilə bağlı işlər aparılır”.

BŞİH başçısı Müslim Maqomayevin heykəlinin ucaldılacağı yerlə bağlı məsələyə də münasibət bildirib:

“Abidənin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var. Bu məsələyə görkəmli ziyalılar və mütəxəssislərin iştirakı ilə baxılır. Nəticə əldə olunandan sonra ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin martın 12-də “Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında” sərəncam imzalayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA