axin.az

SON DƏQİQƏ

Xalq artisti Emin rusiyalı ulduzlarla müharibə qəhrəmanlarını yad etdi - VİDEO

9-05-2020, 13:21

Xalq artisti Emin rusiyalı ulduzlarla müharibə qəhrəmanlarını yad etdi - VİDEORusiyanın “Jara TV” musiqi kanalı və populyar sənətçilər İkinci Dünya müharibəsinin qəhrəmanlarına həsr olunmuş mahnıya çəkdikləri klipi təqdim ediblər.

Axin.az xəbər verir ki, “Jara TV”nin təşəbbüsü və dəstəyi ilə ərsəyə gələn bəstə müğənnilər tərəfindən özünütəcrid şəraitində lentə alınıb.

Musiqi kompozisiyası qələbənin 75 illiyinə həsr edilib. Layihədə Xalq artisti Emin Ağalarov, Qriqori Leps, Dima Bilan, Nikolay Baskov, Larisa Dolina, Stas Mixaylov, Brandon Stone, Zara, Denis Klyaver, Olqa Buzova, Artik&Asti, Sergey Jukov (Hands Up!), Julianna Karaulova, TSOY, JONY, Nazima, həmçinin aktyorlar Vladimir Maşkov, Sergey Burunov, Aleksandr Baluyev, Stas Dujnikov, Kamille Larin, Azamat Musaqaliyev, Sergey Nikonenko yer alıblar.

Layihədə müxtəlif yaşda olan, fərqli üslubda ifa edən sənətçilər iştirak ediblər.

“Təəssüf ki, bu il Ölümsüz Alay küçələri gəzə bilməyəcək, amma bu, ürəyimizdə və yaddaşımızda qalır. Bu gün veteranları təbrik edin. Həlak olmuş qəhrəmanları bir dəqiqəlik sükütla yad edin. Bu mahnını ön cəbhədə və arxada döyüşən qəhrəmanlara həsr edirik! Qələbə gününüz mübarək!”, - deyə E.Ağalarov söyləyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA