axin.az

SON DƏQİQƏ

Məşhur qrup “Sarı gəlin”i ifa edəcək

9-05-2020, 09:45

Məşhur qrup “Sarı gəlin”i ifa edəcəkLatviyanın məşhur violençel triosu “Melo-M” (http://www.melo-m.lv/lv/) CBC televiziya kanalı, “Mədəniyyət” TV, Macarıstan, Latviya, Moldova, Özbəkistan və digər ölkələrin səfirliklərinin birgə təşəbbüsü ilə yaradılan layihə çərçivəsində “Sarı gəlin” xalq mahnısını ifa edəcək.

Axin.az xəbər verir ki, bu barədə Latviyanın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Layihənin məqsədi Azərbaycan Respublikasına və onun vətəndaşlarına koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəylik göstərməkdir.

Bildirilib ki, bu baxımdan Latviyanın violençel triosu tərəfindən ifa olunacaq “Sarı gəlin” xalq mahnısı Azərbaycan xalqına əla bir töhfədir.

2005-ci ildə yaradılan “Melo-M” triosunun indiyədək 5 albomu buraxılıb. “Melo-M” materialları seçərkən çox fərqli olmağa meyillidir- pop, rok, xalq və dünya klassik və müasir janrlara müraciət edir. Bir çox dünya şöhrətli sənətkarlarla əməkdaşlıq edən qrup bir çox ölkələrdə konsert proqramları ilə çıxış edərək tanınır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA