"Karantindən əvvəl gəldim rayona. Sonra Bakıya qayıda bilmədim. Valideynlərimlə birlikdə Şabranda qalmışam. Məsləhət belə oldu. Osmanla vaxt keçirirəm. Övladım üçün bura daha yaxşıdır".
Axin.az xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "ATV maqazin onlarla" verilişində deyib. Sənətçi bildirib ki, artıq çəki alıb:
"Buna heyfslənmirəm. Neçə aydır evdə oturmuşuq, bu da normal haldır. Üzüm, saçlarım rahatlaşıb, makiyaj etmirəm.
Osman babası ilə oynayır, toyuqlara yemək verir. Heç oyuncaqlarla oynamır".