axin.az

SON DƏQİQƏ

“Mənim balaca Şahzadəm” Cənubi Koreyada yarımfinala yüksəlib

3-05-2020, 23:25

“Mənim balaca Şahzadəm” Cənubi Koreyada yarımfinala yüksəlib“Azanfilm” Animasiya Studiyasının istehsalı olan “Mənim balaca Şahzadəm” (“My little prince”) qısametrajlı animasiya filmi Cənubi Koreyada keçirilən 8th Seoul Guro International Kids Film Festivalının yarımfinal mərhələsinə yüksəlib.

Axin.az xəbər verir ki, festivalın final mərhələsi və mükafatlandırma mərasimi cari ilin 02-08 iyul tarixləri ərzində baş tutacaq.

Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə “Azanfilm” Studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə M.Ələkbərlinin “Balaca şahzadə” əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilmişdir. Rəssam M.Ələkbərlinin Ekzupirinin “Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularının, 3d animasiya stili ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib.

Qeyd edək ki, “Mənim balaca Şahzadəm” animasiya filmi daha öncə Banqladeşdə keçirilən 13th International Children’s və Türkiyədə keçirilən UNIVERSAL KIDS Beynəlxalq Film Festivallarında iştirak edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA