axin.az

SON DƏQİQƏ

Varşavada IDIFA Sülh Naminə Hərəkatı təsis edilib

29-04-2020, 22:28

Varşavada IDIFA Sülh Naminə Hərəkatı təsis edilibMənzil-qərargahı Polşanın Varşava şəhərində yerləşən IDIFA Sülh Naminə Hərəkatı təsis edilib.

"Axin.az" xəbər verir ki, hərəkatın əsas məqsədi dünyanın müxtəlif ölkərində Azərbaycanın milli maraqlarının müdafiəsi, Dağlıq Qarabağ həqiqətlərinin təbliğidir.

IDIFA-nın qurucularından biri, Polşa Azərbaycanlılar Birliyinin həmtəsisçisi Cavid Zeynalov deyib ki, bu məqsədlərin həyata keçirilməsi üçün hərəkat qarşısına bir sıra ciddi vəzifələr qoyub: "Hərəkatımızın www.idifa.net adlı internet portalı vasitəsi ilə bu məqsəd və ideyalarımızın icrasına çalışacağıq. Hərəkat olaraq, müxtəlif beynəlxalq təşkilatlar, xarici KİV-lər, eyni zamanda Azərbaycanın müvafiq dövlət qurumları və diaspora təşkilatları ilə əməkdaşlıq çərçivəsində beynəlxalq platformalarda dövlət maraqlarımızın qorunması işimə töhfə verməyi hədəfləyirik".

C.Zeynalovun sözlərinə görə, artıq hərəkatın qarşıdakı bir il üçün tədbirlər planı hazırdır: "Hazırda əsas hədəflərimizdən biri dünyanın müxtəlif ölkələrində təşkil olunan nüfuzlu beynəlxalq konfranslarda Azərbaycanın yüksək səviyyədə təmsilçiliyi təmin etməkdir. Bundan başqa xarici jurnalistlərlə əməkdaşlıq edərək ölkəmizin təbliği naminə nüfuzlu KİV-lərdə materialların yayınlanmasına çalışacağıq. Beynəlxalq QHT-lər, akademik təsisatlar vasitəsi ilə ölkəmizin strateji maraqlarına və xarici siyasət prioritetlərinə uyğun tədbirlərin, konfransların, forumların təşkilini planlaşdırırıq.


Eyni zamanda Ermənistanın işğalçılıq siyasətinin ifşası məqsədi ilə müxtəlif ölkələrin parlamentariləri ilə əməkdaşlıq edərək, torpaqlarımızın işğalı faktına siyasi qiymət verilməsi işinə töhfə verməyə çalışacağıq. Şübhəsiz ki, bu fəaliyyəti həyata keçirərkən, nüfuzlu yerli və xarici vətəndaş cəmiyyəti institutları, diaspor təşkilatları, nüfuzlu ictimai-siyasi xadimlər, biznes strukturları ilə yaxından əməkdaşlıq edəcəyik".

C.Zeynalov qeyd edib ki, Hərəkat Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun 100-cü ildönümündə təsis edilməsi təsadüfi deyil və simvolik mahiyyət daşıyır: "IDIFA Hərəkatı olaraq biz Azərbaycan dövlətinin və onun müvafiq strukturlarının beynəlxalq müstəvidə ölkəmizin dövlət maraqlarının qorunması istiqamətindəki fəaliyyətini təqdir və dəstəkləyirik. Bir hərəkat olaraq, biz də daima Azərbaycanı təmsil etmənin yeni strateji yol və metodlarını axtararaq, bu siyasətə dəstək verməyə çalışacağıq".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA