axin.az

SON DƏQİQƏ

"Arvad evə, dövlət işə qoymur, yazıq kişilər hara getsin?"

25-04-2020, 09:26

"Arvad evə, dövlət işə qoymur, yazıq kişilər hara getsin?"
"Pedoqoq, aktrisa, daha sonra isə xəstəxana rəhbəri oldum. Bu da böyük məsuliyyət idi. Ən böyük məsuliyyət isə doğuşları görmək idi. İndi deyirlər, evdə oturmaq lazımdır. Başqa cür olmaz, təhlükəlidir".
Axin.az xəbər verir ki, bu sözləri Xalq artisti Leyla Şıxlinskaya İTV-də yayımlanan "Gəl qonaq ol" verilişində deyib. Aktrisa karantin günlərindən bəhs edib. O, insanları evdə oturmağa səsləyib:

"Bir çoxları deyir, yalandı, uydurmadı. Nə fərqi var? Virus var, yaradılıb və ya özü bizə gəlib? Hadisə budur və əməl edilməlidir. Rus saytlarındakı məlumatları oxuyub danışmıram. Dünyadan bildiklərimi bölüşürəm. Xaricdə çox dostlarım var. Ştatda virus çox aktivdir, qızımın yaşadığı Sinqapurda vəziyyət pisdir və qanunlar sərtdir. Çox qorxuludur. Dünya üzrə artıq 1,5 milyon insan ölüb. Tutaq ki, bunlardan 500 mini öz əcəli, qocalıq və qəzadan ölüb. Axı digərləri virusun qurbanı olublar.

Ən çox da hamilə qadınlar üçün narahatam. Onların hamiləlik zamanı yanlarında olmuşam. Çox kaprizləri olur. Ana olmaq istəyən gənc qadınların qarşısında nə qədər maneələr və problemlər olduğunu bilirəm. Çox təhlükəlidir. Yaxınlarından xahiş edirəm, onların nazları ilə oynasın. Qurban olum, nə istəyirlər edin.



Bizim mentalitet bir az fərqlidir. Təəssüf edirəm ki, mentalitet kişilər tərəfindəndir. Bu dəfə fərqlidir. İkinci isə daha çox kişilərin halına acıyıram. Dövlət işə getməyə qoymur, arvad evə buraxmır, polislər maşın sürməyə icazə vermir. Bu yazıq kişilər hara getsin?".

Şıxlinskaya cavan qalması ilə bağlı sualları cavablandırıb. O, plastik əməmliyyat etdiyini gizlətməyib:

"Çox rəfiqəm olmayıb. Vaxtım olmayıb oturum, qeybət edim. Hər zaman çalışmışam. Mən də plastik əməliyyat etdirmişəm, bunu deməkdən çəkinmirəm də. Bir vaxt isə ağır əməliyyat keçirdim və çox çəki itirdim. Gözaltında sallanmalar yarandı, aradan qaldırdım. Nə olsun? Lazım gələcək, yenə əməliyyat edəcəm. Niyə çəkinirsiniz? Plastik əməmliyyat etmisiz, yaxşı etmisiz".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA