Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında ən populyar tamaşalardan olan “Qoca və Mələk” növbəti dəfə martın 7-də nümayiş olunacaq.
Teatrdan Axin.az-a bildirilib ki, rejissor Elnur Rzayevin quruluşunda izləniləcək tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir.
Plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.