axin.az

SON DƏQİQƏ

Polşada Azərbaycan turizminə həsr olunmuş seminar keçiriləcək

20-10-2019, 10:30

Polşada Azərbaycan turizminə həsr olunmuş seminar keçiriləcəkNoyabrın 19-da Polşanın paytaxtı Varşavada yerli turizm agentlikləri üçün “Polşa və Azərbaycan arasında turizmin inkişafı” mövzusunda seminar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Polşanın İnvestisiyalar və Ticarət üzrə Agentliyi tərəfindən təşkil olunacaq seminarın əsas məqsədi iki ölkə arasında turizm sahəsində əməkdaşlığı genişləndirməkdir. Tədbir zamanı iştirakçılar Azərbaycanın turizm potensialı, həmçinin mədəniyyəti, təbiəti, mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Seminarın sonunda iştirakçılardan bir neçəsi Azərbaycana səyahət paketi qazana biləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA