Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun şeirlərində həyati gerçəkliklər, gündəlik təlaşlar, adi hesab olunan təfərrüatlar əksini tapır.
Bu fikriləri Axin.az-a açıqlamasında türkiyəli tədqiqatçı Aysun Dəmirəz Günəri deyib.
Böyük şairin yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və düşüncələrini bölüşən tədqiqatçı deyib: “Vaqif Səmədoğlunun şeirləri Azərbaycan xalqının səsidir. O, əsl könül şairidir. Əminəm ki, onun nadir üslubda yazdığı şeirləri kimi, həyat reallıqlarını əks etdirən pyesləri də daim ədəbiyyatsevərlər üçün cəlbedici olacaqdır”.