Belarusiyanın Çeçersk şəhəri bir quduz tülkü səbəbiylə iki ay karantində qalıb.
Axin.az Checerskiy Vestnik-ə istinadən xəbər verir ki, tülkü toyuq ovlamaq üçün şəxsi evin həyətinə girib. Evi qoruyan it tülküyə hücum etdib, bundan xəbər tutan ev sahibi tülkünü öldürüb. Tülkünün laboratoriya müayinələri heyvanda quduzluq olduğunu təsdiqləyib.
Artıq iki aydır şəhərə karantin qoyulub. Bu müddət ərzində bütün ev heyvanları müayinə edilərək quduzluğa qarşı peyvənd ediləcək.