axin.az

SON DƏQİQƏ

“Oskar”a namizədlər açıqlanıb

13-01-2020, 20:04

“Oskar”a namizədlər açıqlanıb

ABŞ-ın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyası (AMPAS – Academy of Motion Pictures Arts and Scinces) növbəti “Oskar” mükafatına namizədlərini açıqlayıb.

“Axin.az” RT-yə istinadən xəbər verir ki, film dərəcəsində namizədlər arasında “İrlandiyalı”, ”Ford” “Ferrari”yə qarşı”, “Joker”, “Dovşan Coco”, “Balaca qadınlar”, “Evlilik hekayəsi”, “1917”, “Bir gün …Hollivudda”, “Parazitlər” yer alıb.

Mükafata kişi aktyorlar arasında Antonio Banderas (“Acı və Şöhrət” filmində), Leonardo Di Kaprio (“Bir gün …Hollivudda”), Joakin Feniks (“Joker”), Adam Driver (“Evlilik hekayəsi”), Conatan Prays (“İki Papa”), qadın aktyorlar arasında Skarlett Yohansson (“Evlilik hekayəsi”), Sinti Erivo (“Harriet”), Sirşa Ronan (“Balaca qadınlar”), Şarliz Teron (“Sürpriz”), Rene Zellveger (“Cudi”), rejissorlardan isə Quentin Tarantino (“Bir gün …Hollivudda”), Martin Skorseze (“İrlandiyalı”), Todd Filips (“Joker”), Sam Mendez (“1917”), Bonq Cun-ho (“Parazitlər”) namizəd göstərilib.

Qeyd edək ki, sayca 92-ci “Oskar” mükafatlarının təqdimat mərasimi fevralın 9-da ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA