axin.az

SON DƏQİQƏ

“Bu şəhərdə”nin 200 minlik “Şabaş”ı təqdim olundu: “-81”dir, “18+” deyil” - FOTO/VİDEO

6-12-2019, 12:28

“Bu şəhərdə”nin 200 minlik “Şabaş”ı təqdim olundu: “-81”dir, “18+” deyil” - FOTO/VİDEO
11 ildən sonra “Bu şəhərdə” komandasının “Şabaş” adlı filminin “CinemaPlus” kinoteatrında təqdimatı baş tutdu.

Axin.az xəbər verir ki, ənənəyə sadiq qalaraq, filmin baş rollarını Əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimov canlandırıb.
Filmdə komandanın üzvləri ilə yanaşı, bir çox məşhur simalar iştirak edib.

Müşfiq, Coşqun və Rafael ərsəyə gətirdikləri ekran işinin premyerasında media əhli ilə görüşüb, onların suallarını cavablandırıblar. 11 illik uzun fasiləni Coşqun Rəhimov bu cür şərh etdi:
“Bu şəhərdə” “production”un üçüncü filmidir. Fasilənin bu qədər çox olması bizim qastrol səfərlərimiz və arda-arda hər il iki dəfə verdiyimiz konsertlərlə əlaqədardır. Yaradıcılıq konveyer, fabrik, zavod deyil. Filmlə bağlı onu deyə bilərəm ki, heç də gecikməmişik, elə zamanında çəkib təqdim edirik”.

Filmin pərdəarxası məqamlarında danışan “Bu şəhərdə” komandasının ssenaristi Müşfiq Abbasov ekran işinə 200 min manat pul xərclədiklərini bildirdi:

“Çəkilişlər, əsasən, Bakıda aparılıb. Çimərlik ərazisində də oldu, bir sıra bağlı məkanlarda da. Hətta “Dənizçilər məhəlləsi” deyilən ərazidə də çəkilişlərimiz baş tutdu. Oranın sakinlərinə səbrlərinə görə təşəkkürümüzü bildiririk. 60 nəfər çəkiliş qrupu ilə gecədən səhərə kimi filmi çəkirdik, istər-istəməz səs olurdu.

Orada üçmərtəbəli köhnə evin həyətidir. İnsanlar yatırlar, dincəlilər, uşaq, qoca var. Sağ olsunlar, heç bir dəfə də olsun onlar bizə nə iradını, nə də etirazını bildirib. Əksinə, dəstək olublar, hələ üstəlik, bizə çay da gətirirdilər. Hamısı var olsun.
O ki qaldı filmin büdcəsinə. Bizə 200 min manata başa gəldi. Amma dostlarımız olmasaydı, daha çox pulumuz çıxacaqdı. Hardasa 300-350 min manat. Bir çox şeylər bizə pulsuz başa gəldi. Bir çox məkanlarda çəkiliş etsək də, bizdən icarə haqlarını almadılar. Ümid edirik ki, heç olmasa, mayasını çıxaracağıq”.

Məşhur aktyorlar çəkiliş zamanı üzləşdikləri çətinlikləri dilə gətirdilər:

“Həddindən artıq çətinliklərlə üzləşdik. Çəkilişlər Ramazan ayına təsadüf etdi. Aktyorların və komandanın yarısından çoxu oruc tuturdular. Çox çətin idi. Hamımız bir yerdə imsakı və iftarı qeyd edirdik. Elə olurdu ki, dayanmadan bir sutka çəkilişlər olurdu. Çəkiliş üçün böyük bir temp tələb olunurdu. Sağ olsunlar, hamı böyük bir səbr nümayiş etdirdi. Heç bir anlaşılmazlıq yaşanmadı. Sonda da filmimizi çəkib yekunlaşdıra bildik”.

Müsahibə zamanı Coşqun Rəhimov bəzi həmkarlarına söz atmağı da unutmadı. O,“əsas odur ki film “-81”dir, “18+” deyil” deyərək fikirlərini bu cür davam etdirdi:
“Ailə rahatlıqla oturub izləyə bilər. Filmin janrı isə komediyadır. Amma o demək deyil ki, hər addımbaşı orada gülüş var, düşündürücü məqamlar kifayət qədərdir. Mənə elə gəlir ki, tamaşaçılar üçün çox maraqlı olacaq. Deyim ki, bu ssenaristin təxəyyülüdür, yox. Hər bir sahədə belə bir vəziyyətə düşmək olar”.

Akademik Rus Dram Teatrının aktyoru Rüfət Nəzərin sosial şəbəkə hesabında yazdığı “Milli satiramızın cütlükləri qadınlar və seksual azlıqlardan başqa, parodiya ideyasından başqa heç nə yoxdur? Yumorumuzun səviyyəsi budur? Yoxsa bu tulalar (ermənilər – red.) dedikləri kimi, həqiqətən, bizdən istedadlıdırlar?” fikirlərinə “Bu şəhərdə” kollektivinin məşhur üzvü Coşqun bu cür reaksiya bildirdi:
“Bu şəhərdə”nin 200 minlik “Şabaş”ı təqdim olundu: “-81”dir, “18+” deyil” - FOTO/VİDEO
“Birdəfəlik başa düşsünlər ki, “Bu şəhərdə” teatrının janrı hələlik budur. Bütün səhnəciklər iki aktyorun arasındadır. Nə vaxtsa dəyişilsək, kişi “kişi” rolunu oynayar. Müzakirə edən kimlərdir ki? Böyük əsərlərə imza atmış bir insan (gülür). Müzakirə edən insan 20 min insan deyil ki,12 gün ərzində gəlib konsertimizi izləyir.

Tamaşaçılar bizi sevə-sevə gəlib izləyir. Bizim bəlli bir auditoriyamız var. Məsləhət görürəm ki, danışılanlara fikir verməyəsiniz. Konsertlərimizdə qadın obrazları olmasa, tamaşaçılar üçün bu qədər maraqlı olmayacaq kimi fikirləri heç düşünmürük. Çünki biz peşəkar aktyorlarıq.

Həm də biz konsertlərimizdə tək qadın deyil, kişi obrazlarını da canlandırırıq. Bizim həm də tamaşaçılarımızın arasında hər iki cinsin nümayəndəsi var. Orada hərə özünü görmək istəyir”.

“Bu illər sizin də saçlarınızı və saqqalınızı yaman ağartdı” şərhinə isə Rafael İsgəndərov bu cür münasibət bildirdi:
“Bu şəhərdə”nin 200 minlik “Şabaş”ı təqdim olundu: “-81”dir, “18+” deyil” - FOTO/VİDEO
“Lazım olanda saç və saqqalımızın rəngini dəyişirik. Məsələn, filmimizin çəkilişləri bitəndə gedib saçlarımı yuyurdum. Rəngli saçla evə getmirdim. Getsəydim, yolda vurulardım (gülür)”.
“Bu şəhərdə”nin 200 minlik “Şabaş”ı təqdim olundu: “-81”dir, “18+” deyil” - FOTO/VİDEO
“Bu şəhərdə”nin 200 minlik “Şabaş”ı təqdim olundu: “-81”dir, “18+” deyil” - FOTO/VİDEO
“Bu şəhərdə”nin 200 minlik “Şabaş”ı təqdim olundu: “-81”dir, “18+” deyil” - FOTO/VİDEO
“Bu şəhərdə”nin 200 minlik “Şabaş”ı təqdim olundu: “-81”dir, “18+” deyil” - FOTO/VİDEO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA