axin.az

SON DƏQİQƏ

Son günlərini yaşayan xəstə son arzusunu həyata keçirdi - FOTO

2-12-2019, 12:51

Son günlərini yaşayan xəstə son arzusunu həyata keçirdi - FOTO
Ömrünün son günlərini yaşayan Çikaqo sakini bir sinifdə oxuduğu qızla ailə həyatı qurub.

Məlumatı “Daily Mail” agentliyi yayıb.

23 yaşlı Xavyer Rodriqez Hipertrofik kardiomiopatiya – genetik ürək əzələsi xəstəliyindən əziyyət çəkir. Gənc 12 və 14 yaşlarında ürək köçürülməsi əməliyyatı keçirib.
X. Rodriqez sinif yoldaşı Cristal Kuevasla hələ məktəbli illərindən sevgili olublar. Cütlüyün qız övladı var.

Xəstənin həkimi bildirib ki, X.Rodrigez son günlərini yaşayır. Son arzusu kimi X.Rodrigez sevgilisi ilə rəsmi nikaha daxil olmağı və məzar daşının üzərində “ər” kəlməsinin yazılmasını istəyib.

Nikah mərasimi Çikaqoda yerləşən tibb mərkəzlərinin birində baş tutub.
Son günlərini yaşayan xəstə son arzusunu həyata keçirdi - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA