axin.az

SON DƏQİQƏ

Pələng meşədən çıxaraq, maşını müşayiət etdi - VİDEO

2-12-2019, 11:10

Pələng meşədən çıxaraq, maşını müşayiət etdi - VİDEO
Rusiyada yol kənarında maşını müşayiət edən pələngin videosu sosial şəbəkələrdə böyük maraq doğurub. Kadrlar hadisə şahidləri tərəfindən Xabarovsk şəhəri yaxınlığında Zmeinaya Sopka ərazisində çəkilib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Amur Tiqr” mərkəzindən bildirilib.

Mərkəzin mütəxəssisləri artıq bununla bağlı araşdırmaya başlayıblar.

“Instagram”da dərc olunan videoda görünür ki, yolun kənarında dayanan pələng yaxınlıqda keçən maşını görəndən sonra meşədən çıxır və yavaş hərəkət edən avtomobillə bir müddət yol gedir.


Mərkəz bildirir ki, kadrları çəkən şahidlər tam doğru hərəkət ediblər: Onlar maşından çıxmayaraq, yollarına davam ediblər.

“Yırtıcılarla rastlaşdıqda davranış qaydalarına riayət edin”, - deyə mərkəzin mütəxəssisləri xəbərdarlıq edib.

Amur pələngi - planetimizin ən nadir yırtıcılarındandır və Beynəlxalq Qırmızı Kitaba salınıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA