axin.az

SON DƏQİQƏ

Övladınızın tez-tez xəstələnməsinin qarşısını ala bilərsiz. Pediatrdan tövsiyə

30-09-2020, 12:28

Övladınızın tez-tez xəstələnməsinin qarşısını ala bilərsiz. Pediatrdan tövsiyə

Bir çox valideynlər övladlarının tez-tez xəstələnməsindən şikayətlidirlər.

Hava şəraiti, yayılan virusla yanaşı, verilən qidalar da uşaqların immun sisteminin zəifləməsinə, nəticədə isə daha tez-tez xəstələnməsinə səbəb olur.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, həkim Ayşenur Kaya uşaqların sağlamlığı naminə qida seçiminə xüsusi diqqət edilməsinin vacibliyindən danışıb. Onun sözlərinə görə, tərkibi probiotiklərlə zəngin olan qidaların (süd məhsulları, kələm turşusu) qəbulu immun sisteminin daha da möhkəmlənməsinə kömək edir.

Ayşenur Kayanın sözlərinə görə, bağırsaq florası pozulduqda uşaqların səhhəti xəstəliyə daha çox həssas olurlar.

"Valideynlərə övladlarına hazır qidalar verməməyi, bundan başqa böyüklərin də sevərək yediyi müxtəlif ədviyyatlardan ibarət mağaza qidalarından imtina etməyi tövsiyə edirik.

Uşaqların sağlam böyüməsi üçün valideynlər qida menyusu hazırlamalıdır. Bu zaman bəzi qidalar həmin menyudan uzaqlaşdırılaraq yenisi ilə əvəzlənməlidir. Valideynlərə tövsiyə edirəm ki, övladlarına zeytun yağı, soğan, sarımsaq və tərəvəzlə zəngin xörəklər bişirsinlər" – deyə həkim əlavə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA