axin.az

SON DƏQİQƏ

Ekzoplanetlərdə almaz tapıla bilər

20-09-2020, 15:26

Ekzoplanetlərdə almaz tapıla bilərAmerikalı alimlər karbonla zəngin bəzi ekzoplanetlərin almaz və silisiumdan ibarət ola biləcəyini müəyyən edib.

"Axin.az" xəbər verir ki, bu barədə "Science Daily" nəşrində dərc edilən yazıda bəhs olunub.

Mütəxəssislərin sözlərinə görə, bu mühitdə həyatın mövcud olması və canlıların yaşaması, təbii ki, mümkün deyil.

Almazın mövcudluğuna gəlincə, ulduzlar və planetlər eyni qaz buludundan əmələ gəldiyinə görə, bəzi oxşarlıqlar ola bilər. Yəni Yerdə almaz varsa, başqa planetlərdə də tapıla bilər. Lakin planetlərdəki oksigen və karbon nisbətinə uyğun olaraq, almaz tərkibli silikat və oksidlərin miqdarı dəyişir.

Alimlər belə qənaətə gəlib ki, su varsa, müəyyən proseslər sonucunda o, digər maddələrdən almazın yaranmasına səbəb ola bilər.

Hipotezi sınamaq üçün aparılan təcrübədə silikon karbid suya salınıb və yüksək təzyiq əldə etmək üçün sıxılıb, sonra sıxılmış silikon karbid lazerlə qızdırılıb.

Nəticədə silikon karbid su ilə reaksiyaya girib və almaz, silisiuma çevrilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA