axin.az

SON DƏQİQƏ

Ronaldu milli komandada 100-cü qolunu vurdu

9-09-2020, 10:55

Ronaldu milli komandada 100-cü qolunu vurduUEFA Millətlər Liqasının II turunda İsveçlə səfər oyunu Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu üçün əlamətdar olub.

"Axin.az" xəbər verir ki, ilk hissənin sonuna əlavə olunmuş 1-ci dəqiqədə fərqlənən 35 yaşlı hücumçu yığmada 100-cü qolunu vurub.

O, bu göstəricidə yalnız İran seçməsinin Azərbaycan əsilli forvardı Əli Daeidən geri qalır. Veteran futbolçunun aktivində 109 qol var.

Qeyd edək ki, milli komandada ən çox qol vuran futbolçuların siyahısında ilk "3-lüy"ü Macarıstan yığmasının əfsanəvi hücumçusu Ferents Puşkaş tamamlayır. Braziliyalı Pele isə 77 qolla 6-cı pillədə qərarlaşıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA