axin.az

SON DƏQİQƏ

Şəhriyar Məmmədyarov nüfuzlu turnirdə iştirak edəcək

22-05-2020, 10:10

Şəhriyar Məmmədyarov nüfuzlu turnirdə iştirak edəcəkAzərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov onlayn turnirə dəvət alıb.

"Axin.az"in Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən məlumatına görə, 35 yaşlı qrossmeyster Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Sharjah Chess" klubunun təşkil edəcəyi beynəlxalq çempionatda qüvvəsini sınayacaq.

Məmmədyarovla yanaşı, turnirdə Rüstəm Qasımcanov (Özbəkistan), Pentala Xarikrişna (Hindistan), Ceffri Syun (ABŞ), Bassem Amin (Misir) və Saleh Salem (BƏƏ) də iştirak edəcəklər.

Mükafat fondu 10 000 ABŞ dolları olan turnir 12-13 iyunda keçiriləcək. Ən güclü şahmat turnirlərindən hesab olunan yarış 2 dövrədən ibarət olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA