axin.az

SON DƏQİQƏ

Dünyadakı muzeylərin 13 faizi bir daha açılmaya bilər

19-05-2020, 15:14

Dünyadakı muzeylərin 13 faizi bir daha açılmaya bilərBMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO - United Nations Educational, Scientific and Cultural Organization) və Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən aparılan araşdırmalar muzeylərin COVID-19 pandemiyasından təsirləndiyini təsdiqləyib.

“Komsomolskaya Pravda” xəbər verir ki, onlardan təxminən 90 faizi (və ya 85 000-dən çoxu) böhran dövründə müxtəlif vaxtlarda qapılarını bağlayıb.

Bundan əlavə, Afrikada və kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərdə muzeylərin yalnız 5 faizi izləyicilərinə onlayn xidmətlər təqdim edə bilib.

Dünyadakı muzeylərin, demək olar ki, 13 faizi bir daha açılmaya bilər.

ICOM tərəfindən aparılan araşdırma nəticəsində ziyarətçilərindən məhrum olan muzeylərin gəlirlərin azalması ilə qarşılaşacağı proqnozlaşdırılır. Bu, muzeylərlə əlaqəli peşələrə də ciddi təsir göstərə bilər.

Qeyd edək ki, UNESCO-ya görə, 2012-ci ildən bəri dünyada muzeylərin sayı az qala 60 faiz artaraq, 95 minə yaxınlaşıb. Bu artım son on ildə muzey sektorunun milli-mədəni siyasətdə mühüm yer tutduğunu göstərir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA