axin.az

SON DƏQİQƏ

Evander Holifild ilə Mayk Tayson arasında üçüncü döyüş keçirilə bilər

18-05-2020, 11:22

Evander Holifild ilə Mayk Tayson arasında üçüncü döyüş keçirilə bilər
Amerikalı boksçu Evander Holifild həmyerlisi Mayk Taysonla ağır çəkidə üçüncü döyüşü keçirmək niyyətindədir.

Axin.az xəbər verir ki, E.Holifild bu barədə "The 3 Point Conversion" “YouTube” kanalına verdiyi müsahibəsində bildirib. Əlli yeddi yaşlı boks ustası qeyd edib ki, onun nümayəndələri bu barədə danışıq aparırlar. Razılıq isə hələ əldə olunmayıb.

Qeyd edək ki, bundan əvvəl hər iki boksçu xeyriyyə məqsədi üçün rinqə qayıdacağını bildirmişdilər.

Xatırladaq ki, 1997-ci ildə E.Holifildə qarşı revanş matçında M.Tayson rəqibinin qulağını dişləyərək bir hissəsini qoparıb. Döyüş dayandırılıb və amerikalı ağırçəkili boksçu 3 milyon dollar cərimə olunmaqla, həm də diskvalifikasiya olunub.

E.Holifild M.Taysonla iki dəfə qarşılaşıb və hər ikisində ona qalib gəlib.

Evander Holifild son döyüşünü 2011-ci ildə keçirib. Aktivində 44 qələbə və 10 məğlubiyyət var. “Dəmir Mayk” ləqəbli M.Tayson isə peşəkar karyerasını 2005-ci ildə bitirib. O, karyerası ərzində 58 döyüş keçirib, onların 50-də qələbə (44-ü nokautla) qazanıb, 6-dan məğlub ayrılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA